MİR CƏLAL PAŞAYEVİN BƏDİİ TƏFƏKKÜRÜNDƏ MƏNƏVİ-FƏLSƏFİ QƏNAƏTLƏR VƏ İNSAN KONSEPSİYASI

Authors

  • Günel Hümmətova (Pəniyeva) Saleh Filologiya üzrə fəlsəfə doktoru (Ph.D.), Baş müəllim, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Ədəbiyyatın tədrisi texnologiyası kafedrası
  • Bayramova Xatirə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Filologiya fakültəsinin tələbəsi

Keywords:

Mir Cəlal Paşayev, aforizm, mənəvi dəyərlər, insan və cəmiyyət, bədii düşüncə

Abstract

Məqalədə Mir Cəlal Paşayevin aforistik irsi insan və cəmiyyət münasibətləri, mənəvi dəyərlər, həyat təcrübəsi və bədii düşüncə kontekstində nəzərdən keçirilir. Yazıçının aforistik ifadələrində insan xarakterinin mürəkkəbliyi, şəxsi məsuliyyət, mənəvi bağlılıq, azadlıq, sənətin ictimai əhəmiyyəti və istedadın qiymətləndirilməsi məsələləri diqqətə çatdırılır. Aforizmlərin məzmun təhlili onların yalnız yığcam fikir forması olmadığını, eyni zamanda geniş həyat təcrübəsini və ümumiləşdirilmiş mənəvi qənaətləri ifadə etdiyini göstərir. Təhlil zamanı obrazlı ifadələrin, məcazi mənaların və söz seçiminin fikrin təsir gücünün formalaşmasındakı rolu ön plana çəkilir. Nəticə etibarilə, Mir Cəlalın aforistik düşüncələrinin bədii-estetik xüsusiyyətləri ilə yanaşı, insanın öz davranışlarını və cəmiyyətdəki mövqeyini dəyərləndirməsinə imkan verən mənəvi-idraki əhəmiyyəti də müəyyənləşdirilir.

References

Paşayev, Mir Cəlal. Seçilmiş əsərləri: Mir Cəlal Paşayevin 100 illiyinə həsr edilmiş. Bakı, 2008.

Hüseynova-Umani, Həcər. Mir Cəlal Paşayevin hikmətli kəlamları. Tehran: Xudafərin, 2019.

Paşayev, Mir Cəlal. Seçilmiş əsərlər. Bakı: Şərq-Qərb, 2005.

Paşayev, Mir Cəlal. Yuxu və külək. Bakı: Bərpanəşr, 2016. - 12 s.

Mustafayeva Nigar. Əbədiyaşar şəxsiyyət: Mir Cəlal Paşayev. Bakı: 2023, 115 s.

Downloads

Published

2026-11-05

How to Cite

Günel Hümmətova (Pəniyeva) Saleh, & Bayramova Xatirə. (2026). MİR CƏLAL PAŞAYEVİN BƏDİİ TƏFƏKKÜRÜNDƏ MƏNƏVİ-FƏLSƏFİ QƏNAƏTLƏR VƏ İNSAN KONSEPSİYASI. IQRO , 24(02), 95–100. Retrieved from https://wordlyknowledge.uz/index.php/iqro/article/view/9780