46-CI İL “QƏRARLAR”I VƏ SƏMƏD VURĞUN: “ÜİK(b)P MK-NIN ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT HAQQINDA QƏRARLARI”NDAN 80 İL, S.VURĞUNUN ANADAN OLMASINDAN 120 İL KEÇİR
Keywords:
tarixilik, ədəbiyyat, incəsənət, sosialist realizmi, mərhələ, yarımmərhələAbstract
Problemin qoyuluşu ədəbi prosesin hərəkətinin obyektiv mənzərəsini yaratmaqla S.Vurğun yaradıcılığını tarixilik prinsipi ilə qiymətləndirməyi nəzərdə tutur. Bu məqsədi həyata keçirmək üçün sovet dövrü Azərbaycan ədəbiyyatının keçən əsrin 20-ci illərindən 50-ci illərin ortalarına qədər keçdiyi yolun yarımmərhələləri fərqləndirilir. 1946-cı ildən 50-ci illərin ortalarına qədər sonuncu yarımmərhələ kimi götürülür. Yarımmərhələnin səciyyəvi əlamətlərini ümumiləşdirmək üçün ÜİK(b)P MK-nın ədəbiyyat və incəsənət haqqındakı 46-cı il “Qərarları” təhlil müstəvisinə çıxarılır və əks məntiqlə oxunur. 46-cı il “Qərarları”nda deyilənlərdən çıxış edib 46-cı ilə qədər və 46-cı ildən sonra bütövlükdə ümumittifaq, eyni zamanda, milli ədəbi prosesdə cərəyan edən hadisələr, estetik hərəkatın tipologiyası araşdırılır.S.Vurğunun 46-cı ilin ilk qərarından əvvəl və sonra yazılmış məqalələri əsasında bu qərarların milli ədəbi prosesə təsir imkanları tədqiq edilir. 46-cı il qərarlarından sonra ədəbi prosesdə baş verən hadisələrlə əvvəlki yarımmərhələdəki proseslər müqayisə müstəvisinə gətirilir. Nəticə olaraq göstərilir ki, həm ümumittifaq, həm də milli ədəbi prosesdə 46-cı ilə qədər cərəyan edən hadisələrdə sosrealizmə müqavimət hərəkatı kifayət qədər güclü olmuş, ortaya qoyulan bədii əsərlərin mühüm bir qismində sosrealizm çevrəsindən kənara çıxılmışdır. Məqalədə bu kənaraçıxmanın S.Vurğun yaradıcılığı üçün səciyyəvi cəhətləri üzərində də dayanılır.
References
Arif M. Seçilmiş əsərləri. Üç cilddə. I cild. Bakı. Azərbaycan SSR EA nəşriyyatı. 1967.
Azərbaycan sovet ədəbiyyatı tarixi. İki cilddə. II cild. Bakı. Azərbaycan SSR EA nəşriyyatı. 1967.
Əsgərli Z. XX əsr Azərbaycan ədəbiyyatı: Qiymətləndirmə və perspektivlər/ XX əsr Azərbaycan ədəbiyyatı məsələləri I kitab. Bakı. Elm, 2006.
Hüseyn M. Əsərləri. On cilddə. IX cild. Bakı. Yazıçı, 1979.
Rzayev Y. Azərbaycan romanı:siyasət və düşüncə. Bakı. Elm, 2010.
ÜİK(b)P MK-nın ədəbiyyat və incəsənət haqqında qərarları. Bakı, Azərnəşr,1950.
Vurğun S. Əsərləri. Altı cilddə.V cild. Bakı. Elm,1972.
Downloads
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution 4.0 International License.
Articles published in IQRO — Scientific Methodological Journal are licensed under the Creative Commons Attribution 4.0 International License (CC BY 4.0).
Authors retain copyright and grant the journal the right of first publication.
Users may read, download, copy, distribute, print, search, or link to the full texts of articles, provided that the original authors and the journal are properly cited.
Published materials may be used, distributed, and reproduced in any medium, provided that the original work is properly cited.



Uzbekistan
Türkiye
Kazakhstan
Kyrgyzstan
Turkmenistan
Azerbaijan
India
Republic of Korea
Japan
United States of America
Kosovo