XX ƏSR AZƏRBAYCAN UŞAQ POEZİYASININ İNKİŞAF MEYLLƏRİ

Authors

  • Şəlalə Mahmudova Azərbaycan Dövlət Pedaqoji Universiteti filologiya üzrə fəlsəfə doktoru

Keywords:

uşaq şeirləri, tərbiyəvi əhəmiyyət, estetik zövq, maarifçilik ideyaları

Abstract

Məqalədə XX əsr Azərbaycan uşaq poeziyasının inkişaf meylləri, ideya-bədii xüsusiyyətləri araşdırılmışdır. Qeyd olunmuşdur ki, uşaq poeziyası tərbiyəvi mahiyyəti ilə uşaqlara mənəvi-əxlaqi keyfiyyətlər aşılamaqla yanaşı, onlarda estetik zövq  formalaşdırır. Bu baxımdan, uşaq poeziyası yetişməkdə olan gənc nəslin əxlaqi, intellektual və psixoloji inkişafını şərtləndirən fundamental bir tərbiyə vasitəsidir. XX əsrin əvvəllərində ölkədə uşaq ədəbiyyatının müstəqil bir sahə kimi yeni-yeni formalaşdığı bir zamanda maarifpərvər şairlərimiz həm dünya ədəbiyyatından poetik nümunələri tərcümə etmiş, həm də orijinal əsərlər meydana gətirmişlər. Onların ən əsas məqsədi isə uşaqları məktəbə cəlb etmək, savadsızlığın qarşısını almaqdan ibarət idi. M.Ə.Sabir, A.Səhhət, M.Seyidzadə, A.Şaiq və digər qələm sahibləri azyaşlı oxucuların təfəkkürünə, anlam səviyyəsinə uyğun, yaddaqalan poetik nümunələr yazmışlar. Bu poetik nümunələrdə doğma Vətənə sevgi bəsləmək və gələcəkdə cəmiyyətə, dövlətə fayda verə biləcək kamil bir vətəndaş kimi yetişmək ideyaları təbliğ olunurdu. Həmin əsərlərin yazılmasından bir əsr keçməsinə baxmayaraq, bu bədii nümunələr günümüzdə də öz tərbiyəvi və estetik əhəmiyyətini qoruyub saxlayır və müasir uşaqlar tərəfindən böyük sevgi ilə qarşılanır.

References

Xəlil Z., Əsgərli F. Uşaq ədəbiyyatı. Bakı, 2004, 497 s.

Sabir M.Ə. Hophopnamə. Bakı, “Təhsil”, 2012, 552 səh.

Mirmehdi Seyidzadə. Seçilmiş əsərləri. Bakı, “Avrasiya press”, 2006, 320 s.

Seyidzadə M. Xatırlayarsan məni. Bakı: Gənclik, 1978, 260 səh.

Seyidzadə M. Həyat eşqi. Bakı: Gənclik, 1968, 386 səh.

Səhhət A. Biblioqrafiya. Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası. Bakı, 2017, 224 s.

Səhhət A. Seçilmiş əsərləri. Bakı, “Lider nəşriyyatı”, 2005, 456 səh.

Şaiq A. Seçilmiş əsərləri. III cild. Bakı, “Avrasiya press”, 2005, 536 s.

Downloads

Published

2026-08-30

How to Cite

Şəlalə Mahmudova. (2026). XX ƏSR AZƏRBAYCAN UŞAQ POEZİYASININ İNKİŞAF MEYLLƏRİ. IQRO , 23(01), 485–491. Retrieved from https://wordlyknowledge.uz/index.php/iqro/article/view/8967