A.S. PUŞKİN YARADICILIĞININ RUS ƏDƏBİYYATININ İNKİŞAFINDAKI ROLU

Authors

  • Aynur Zahir qızı Bədəlova Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi

Keywords:

rus ədəbiyyatı, realizm, poeziya, nəsr, dramaturgiya.

Abstract

Məqalədə Aleksandr Sergeyeviç Puşkin yaradıcılığının rus ədəbiyyatının inkişafındakı rolu və onun milli realist ədəbi məktəbin formalaşmasına təsiri araşdırılmışdır. Tədqiqat zamanı Puşkinin poeziyası, nəsri və dramaturgiyası kompleks şəkildə təhlil edilmiş, müəllifin rus ədəbi dilinin zənginləşməsində, realizm cərəyanının təşəkkülündə və sonrakı nəsil yazıçıların yaradıcılıq istiqamətlərinin müəyyənləşməsində oynadığı rol qiymətləndirilmişdir. Xüsusi diqqət "Yevgeni Onegin" romanının ideya-bədii xüsusiyyətlərinə, Puşkin lirikasında vətən, azadlıq, sevgi mövzularının bədii ifadəsinə yönəldilmişdir. Bununla yanaşı, yazıçının "Belkin povestləri", "Kapitan qızı", "Boris Qodunov" əsərləri rus realist nəsri və dramaturgiyasının inkişafı kontekstində təhlil edilmişdir. Məqalənin nəticələri Puşkin irsinin rus və dünya ədəbiyyatı tarixində xüsusi yer tutduğunu, onun yaradıcılığının müasir ədəbiyyatşünaslıq baxımından da aktuallığını qoruduğunu göstərir.

References

Puşkin A. S. Seçilmiş əsərləri (şeirlər, poemalar, «Yevgeni Onegin» mənzum romanı). Bakı: Çağdaş As, 2012. 336 s.

Şeirlər məclisinin gövhəri Puşkin / Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, F. Köçərli ad. Respublika Uşaq Kitabxanası ; tərt. ed. R. Məmmədli ; ixt. red. və burax. məsul Ş. Qəmbərova ; red. K. Ağazadə. Bakı : F. Köçərli ad. Respublika Uşaq Kitabxanası, 2019. 43 s.

Mirzəzadə, R. “...Şeiriylə dolaşdı Yer kürəsini, / Puşkin – Rusiyanın şair balası...” / R. Mirzəzadə // Həftə içi. – 2017. – 1 fevral. – S. 4.

Гоголь Н. В. Собрание сочинений в 8 т. М., 1984. Т. 7.

Пушкин А. С. Собрание сочинений в 10 т. М. : Художественная литература, 1974.

Downloads

Published

2026-07-16

How to Cite

Aynur Zahir qızı Bədəlova. (2026). A.S. PUŞKİN YARADICILIĞININ RUS ƏDƏBİYYATININ İNKİŞAFINDAKI ROLU. IQRO , 22(02), 279–283. Retrieved from https://wordlyknowledge.uz/index.php/iqro/article/view/8669