ALMAN DİLİNDƏ ÇAY ADLARININ MORFOLOJİ İNKİŞAFI VƏ ETİMOLOGİYASI

Authors

  • Nuray Mahmudova Mətləb qızı Dilçilik üzrə magistr Azərbaycan Dillər Universiteti Müstəqil tədqiqatçı Bakı, Azərbaycan

Keywords:

hidronim, etimologiya, Hind-Avropa dil tarixi, Dunay, Reyn, Elba, Odra

Abstract

Bu tədqiqatda Hind-Avropa və German dil tarixi kontekstində Dunay, Reyn, Elba və Odra çay adlarının morfoloji inkişafı və etimoloji mənşəyi araşdırılır. Hidronimlər yer adlarının ən qədim təbəqələrindən biri hesab olunur və tarixi dil əlaqələri, miqrasiya prosesləri, eləcə də mədəni inkişafl mərhələləri haqqında məlumat mənbəyi kimi çıxış edir.

Tədqiqatın əas məqsədi tarixi mənbələrə, fonoloji dəyişikliklərə və etimoloji yanaşmalara əsaslanaraq bu hidronimlərin diaxronik inkişafını təhlil etməkdir. Araşdırmada həm Hind-Avropa mənşəli izahlar, həm də german və kelt dilinin təsirləri nəzərə alınmışdır.

Təhlil nəticəsində müəyyən edilmişdir ki, araşdırılan çay adlarının böyük hissəi “su”, “axmaq”, “hərəkət”, “bolluq” kimi semantik sahələrlə bağlı qədim köklərə əsaslanır, ya da bəzi hallarda çayların fiziki xüsusiyyətləri – axının sürəti, suyun həcmi və coğrafi xarakteri – adlandırmada ikinci dərəcəli motivasiyaedici amil olmuşdur. Bu, xüsusiyyət xüsusilə Dunay və Reyn hidronimlərində daha aydın müşahidə olunur.

Beləliklə, tədqiqat göstərir ki, hidronimlər yalnız linqvistik-tarixi vahidlər deyil, həm də qədim sivilizasiyaların mədəni və coğrafi yaddaşını əks etdirən onomastik göstəricilərdir.

References

Adilov, M., Paşayev, A.: Azərbaycan Onomastikası. Bakı – “Elm” – 2019. 104 səhifə. (səh. 74-75)

Förstemann, E.: Die deutschen Ortsnamen, Nordhausen 1863, S. 31.

Greule, A.: Deutsches Gewässernamenbuch: Etymologie der Gewässernamen und der zugehörigen Gebiets-, Siedlungs- und Flurnamen. De Gruyter. 20 Jan. 2014. 648 pages.

Grimm, J.: Kleinere Schriften, Bd. 5, Berlin 1871, S. 297

Leibniz, G.W.: Die philosophischen Schriften, hrsg. v. Gerhard C.I., Bd.5, Berlin 1882, S.264

Downloads

Published

2026-04-21

How to Cite

Nuray Mahmudova Mətləb qızı. (2026). ALMAN DİLİNDƏ ÇAY ADLARININ MORFOLOJİ İNKİŞAFI VƏ ETİMOLOGİYASI. IQRO , 21(1), 739–743. Retrieved from https://wordlyknowledge.uz/index.php/iqro/article/view/6385

Issue

Section

Articles