DƏNİZÇİLİK TERMİNOLOGİYASININ ÖYRƏNİLMƏSİNDƏ NƏZƏRİ BAXIŞ VƏ METODİK PROBLEMLƏR

Authors

  • Hüseynova Əsmər Mehman Azərbaycan Dövlət Dəniz Akademiyası Müəllim

Keywords:

dənizçilik terminologiyası, terminlərin mənimsənilməsi, peşəkar dil, xüsusi məqsədlər üçün ingilis dili, terminoloji sistem

Abstract

Müasir dövrdə elmi-texniki tərəqqinin sürətlənməsi və qloballaşma proseslərinin güclənməsi nəticəsində müxtəlif sahələrdə terminoloji sistemlərin inkişafı daha da aktuallaşmışdır. Xüsusilə beynəlxalq kommunikasiya və peşəkar fəaliyyətin genişləndiyi sahələrdə terminologiya xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan dənizçilik sahəsi də istisna deyil. Dənizçilik fəaliyyəti beynəlxalq xarakter daşıdığı üçün bu sahədə istifadə olunan terminoloji vahidlər müxtəlif dillər arasında qarşılıqlı təsir nəticəsində formalaşır və inkişaf edir.

Dilçilik tədqiqatlarında terminologiya dilin xüsusi funksional leksik qatını təşkil edir və müəyyən elm və ya fəaliyyət sahəsinə aid anlayışları ifadə edən vahidlər sistemindən ibarət hesab olunur. Terminlər elmi anlayışların dəqiq ifadə vasitəsi kimi çıxış edir və elmi üslubun formalaşmasında mühüm rol oynayır. Terminologiya dilin ümumi leksik sisteminin xüsusi bir hissəsi olmaqla onun qanunlarına əsaslanaraq formalaşır və inkişaf edir

References

Bəşirova G.R. Dənizçilik leksikası (Azərbaycan və ingilis dillərinin materialları əsasında). Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı. Bakı: AMEA Nəsimi adına Dilçilik İnstitutu, 2018, 27 s.

Dənizçilik terminləri. Elektron resurs.

https://az.wikipedia.org/wiki/Kateqoriya:D%C9%99niz%C3%A7ilik_terminl%C9%99ri

Əhmədova E.Q. İngilis dilində dəniz terminlərinin Azərbaycan dilində qarşılığı. Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı. Bakı: Azərbaycan Dillər Universiteti, 2018, 32 s.

Əliyeva M. Müstəqillik illərində elmi üslubda alınmalar // Terminologiya məsələləri. Bakı, 2023, №2, s.105–110.

Eylazov F., Əliyev C. Terminlərin tərcümə metodları // Akademik Tarih ve Düşünce Dergisi. 2023, c.10, №4, s.1275–1282.

Koqnitiv semiotika: mənanın çoxaspektli təhlili. Elektron resurs.

https://kamilinfo.net/koqnitiv-semiotika-m%C9%99nanin-coxaspektli-t%C9%99hlili-kimi/

Mürsəlova M. Azərbaycan dilçiliyində dənizçilik terminlərinin tədqiq tarixi. Axtarışlar jurnalı. Naxçıvan, 2019, s. 94-99

Nəbiyeva V. Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı. AzMİU "Nəşriyyat-Poliqrafiya Mərkəzi", Bakı, 2020, 239 səh

Sadıqova S. Azərbaycan dilində terminologiyanın standartlaşdırılma formaları. Bakı: Elm, 2015, 484 s.

Downloads

Published

2026-03-17

How to Cite

Hüseynova Əsmər Mehman. (2026). DƏNİZÇİLİK TERMİNOLOGİYASININ ÖYRƏNİLMƏSİNDƏ NƏZƏRİ BAXIŞ VƏ METODİK PROBLEMLƏR. IQRO , 20(02), 370–376. Retrieved from https://wordlyknowledge.uz/index.php/iqro/article/view/5708