BƏKIR ÇOBANZADƏNIN FONETIKA SAHƏSINDƏ ELMI FƏALIYYƏTI
Main Article Content
Abstract
Bəkir Çobanzadə XX əsr Azərbaycan və ümumtürk dilçiliyinin görkəmli simalarından biri kimi fonetika sahəsində mühüm elmi tədqiqatlar aparmışdır. Onun çalışmaları, əsasən, türkdilli xalqların fonetik sistemlərinin müqayisəli təhlili, səs dəyişmələri, sait və samitlərin fonetik təbiəti və funksional rolu üzərində cəmlənmişdir. B. Çobanzadə Azərbaycan dilinin fonetik xüsusiyyətlərini müəyyənləşdirmək, elmi əsasda izah vermək və ortaq türkcə ilə əlaqələrini araşdırmaqla türk dillərinin fonetik sistematikasının formalaşmasında əvəzsiz xidmətlər göstərmişdir. Onun “Azərbaycan dilinin fonetikası” və digər əsərləri müasir fonetika elminə dəyərli töhfə hesab olunur.
Bəkir Çobanzadənin elmi yaradıcılığında tarixi fonetika məsələləri olduqca böyük əhəmiyyət kəsb edir. Alimin səslərin yaranması və formalaşmasına dair fikirləri müasir dilimizin fonetikasının tədqiqi üçün çox əhəmiyyətlidir.
Bəkir Çobanzadə Azərbaycan türkcəsinin fonetik quruluşu ilə bağlı geniş tədqiqatlar aparmış, yaradıcılığı boyugəldiyi qənaətləri təkmilləşdirmişdir. “Türk-tatar lisaniyyatı-na mədxəl” əsərindən sonra yazdığı kitablarına baxanda aydın görünür ki, müəllifin fonetika ilə bağlı tədqiqləri digərlərinin fikirlərindən fərqli deyil, sadəcə, çağdaş dilçilik bu fikirləri daha da inkişaf etdirmişdir.
Article Details
References
Axundov, A. (1973). Azərbaycan dilinin tarixi fonetikası. Bakı: ADU
Axundov, A. (2006). Ümumi dilçilik. Bakı: Şərq-Qərb
Axundzadə, M.F. (2007). Seçilmiş əsərləri. 3 cilddə. Bakı: Şərq Qərb
Axundzadə, M.F. (2007). Seçilmiş əsərləri: 3 cilddə. 1 c.Bakı: Şərq-Qərb
Allahmanlı, M. (2022). Bəkir Çobanzadə (həyatı, mühiti və yaradıcılığı).Bakı: ADMİU-nun mətbəəsi
Azərbaycan dilinin dialektoloji lüğəti: A-Z. (2007). Red.: A.Axundov, Q.Kazımov və S.Behbudov. Bakı: Şərq-Qərb
Babayev A. (1998). Bəkir Çobanzadə. Bakı: Şərq-Qərb
Babayev, A. (2010). Bəkir Çobanzadənin bir məqaləsi haqqında. Bakı: BDU
Binnətova, A. (2012). Klassiklərimiz B.Çobanzadənin araşdırmalarında Симферополь: НАТА
Çobanzadə B. (2007). Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb
Çobanzadə B. (2007).Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb
Çobanzadə B. (2007). Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb
Çobanzadə B. (2007). Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb