I TÜRKOLOJİ QURULTAYIN İŞTİRAKÇISI – TATARISTAN NÜMAYƏNDƏ HEYƏTİNİN BAŞÇISI ALİMCAN İBRAHİMOV

Main Article Content

QƏTİBƏ ÇİNGİZ QIZI MAHMUDOVA

Abstract

1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayı, Türk dünyasının düşüncə tarixində ən mühüm dönüş nöqtələrindən biri kimi qəbul edilir. Bu qurultay yalnız türk dilləri ilə bağlı dil, əlifba, ədəbiyyat məsələlərinin müzakirə olunduğu bir toplantı deyil, eyni zamanda türk xalqları arasında mədəni birliyin, ortaq tarix və kimlik şüurunun formalaşdırılmasına yönəlmiş genişmiqyaslı elmi məclis olmuşdur. Qurultayda iştirak edən qabaqcıl alimlər təkcə həmin dövrün akademik yanaşmalarına deyil, həm də müasir türkologiya elminin istiqamətlərin əsasını təşkil edən fikirlər irəli sürmüşlər.


Qurultayda 100-dən çox alim, o cümlədən Rusiya, Qafqaz, Mərkəzi Asiya və Türkiyə türkoloqları iştirak etmişdir. Qurultayda iştirak etmiş çox məşhur ziyalılar olan Fuat Köprülü, Bəkir Çobanzadə, Yusuf Akçura, Əhməd Cəfəroğlu, Səməd Ağamalıoğlu, V. Bartold, A. Samoyloviç və s.  haqqında həddindən çox yazılmış və araşdırmalar aparılmışdır. Lakin qurultayda iştirak etmiş elə alimlər var ki, onlar haqqında çox az bəhs edilmişdir. Belə alimlərdən biri də qurultayda iştirak etmiş Tatarıstan nümanyəndə heyətinin başçısı, tatar ziyalısı Alimcan İbrahimovdur.


Onun çıxışı qurultayın stenoqramlarında qeyd olunmuşdur. Xüsusilə yazı sisteminə dair fikirləri ərəb qrafikasının tənqidi və yeni latın qrafikasının əsas prinsipləri üzərində dayanması  onun bu məsələyə elmi və funksional yanaşdığını göstərir.



  1. İbrahimov latın əlifbasının türk dillərinin fonetik və orfoqrafik prinsiplərinə uyğun gəlmədiyini söyləsə də, birdən- birə latın əlifbasına keçməyin də tərəfdarı olmamışdır. Əlifba məsələsində mühafizəkar mövqe tutmuş bu ziyalı   ərəb qrafikası əsasında yaranmış çoxəsrlik mədəni və elmi irsin itirilməsi təhlükəsindən ehtiyat edirdi.

Article Details

Section
Articles

References

1926 Bakû Türkoloji Kongresinin 70. Yıl Dönümü Toplantısı (29–30 Kasım 1996). — Ankara: Türk Dil Kurumu, 1999. — 119 s.

1926 Bakü Türkoloji Kurultayı: Tutanaklar. — Ankara: Türk Dil Kurumu Yayınları, 2008. — 486 s.

Akalın Ş.H.100.Yılında 100 Soruda Birinci Türkoloji Kurultayı / –Ankara: Erkmen Yayımçılık, 2025, –299 s.

Birinci Türkoloji Qurultayın Görünən və Görünməyən tərəfləri. Elmi sessiyanın materialları. / Bakı şəhəri, 10 iyun, 2016-cı il.

Buran, Ahmet. Kurşunlanan Türkoloji. — Elazığ: Manas Yayıncılık, 2007. — 396 s.

Cəfərov, N, Hüseynova, M.,Qəribli, A. Birinci Türkoloji Qurultayda Əlifba Məsələsi // Türkologiya, №1,–s.11-31

Xəlilov, B. Türkologiyaya giriş. Bakı, “Бакы Чап Еви” neşriyyatı, 2013, 384 seh.

Məmmədli, N. Birinci Türkoloji Qurultay Məxfi sənədlərdə/ Xalq qəzeti, 2025.

Ашнин, Ф.D.; Алпатов, В.М.; Насилов, Д.М. Репрессированная тюркология. — Moskva: Восточная литература (RAN), 2002. — 296 s.

Галимджан Ибрагимов и XXI век. Материалы Международной научно-практической конференции, посвященной 120-летию со дня рождения Г.Ибрагимова. — Казань, 2007. — 332 с.

Зәкиев М.З. Галимҗан Ибраһимов — тел галиме // Әсәрләр. 8 т.: 8 т. — Казан, 1987. — 335–360 б.

Казанская лингвистическая школа: Книга первая: Казанская тюркологическая лингвистическая школа/ сост. М.З.Закиев.- Казань: Татар. кн. изд-во, 2008. – С. 68-74

Первый Всесоюзный Тюркологический Съезд: 26 февраля–5 марта 1926 г. (Стенографический отчет). — Bakı: “Нагыл еви”, 2011. — 552 s.

Хаков В.Х. Г.Ибраһимов — күренекле тел галиме // Татар тел белеме мәсьәләләре. 3 кит.— Казан: КГУ нәшр., 1969. — 5–19 б.