BIRINCI BEYNƏLXALQ TÜRKOLOJI QURULTAYDA ORTAQ TÜRK DILI UĞRUNDA MÜBARIZƏ
Main Article Content
Abstract
Birinci Beynəlxalq Türkoloji Qurultay geniş coğrafi ərazilərdə məskunlaşmış türk xalqlarının mədəni-siyasi həyatı üçün qlobal bir çox məsələlərin müzakirəsi və həyata keçirilməsi baxımından əhəmiyyət kəsb edir. Türk xalqlarının yaxın gələcəyinə yönələn ortaq türk dili və bu ideyanın reallaşdırılmasının ilkin mərhələsi olan ortaq əlifbaya keçid qurultayın ən böyük uğuru idi. Qurultayda latın əlifbasına keçidlə bağlı elmi-metodoloji bazanın və prinsiplərin hazırlanması, əlifbaya komitəsinin yaradılması bu sahədə başlanmış işin əvvəlcədən real nəticələrini görməyə imkan verirdi.
Bununla yanaşı, qurultayda müzakirə olunan ortaq imla, terminologiya, tədris-metodika, türk dillərinin öz daxilində qohumluq əlaqələrinin üzə çıxarılması və s. məsələlər də bu və ya digər şəkildə ortaq türk dili ideyasının reallaşmasına xidmət edirdi. Müzakirə olunan məsələlərin əhatə dairəsi və mövzular göstərirdi ki, qurultay ortaq dil layihəsi üzərində geniş hazırlıq işləri aparmış, məsələlər əvvəlcədən nəzəri olaraq hazırlanmışdır. Müzakirələr zamanı belə bir nəticə hasil olurdu ki, tarixən eyni kökdən olan türk dilləri üçün siyasi, iqtisadi, mədəni əlaqələrinin genişləndiyi, nəqliyyat və digər kommunikasiya vasitələrinin çoxaldığı, təhsil sahəsində yeniliklərin yarandığı bir dövrdə ortaq türk ədəbi dili ideyası gerçəkləşdirilə bilər.
Məqalədə məsələyə baxış və müzakirələrdə irəli sürülən fikir və təkliflər, yol verilən yanlışlıqlar təhlil edilir, günümüzdə də aktual olan türk dillərinin ortaq ünsiyyəti baxımından əhəmiyyətli təkliflər irəi sürülür.
Article Details
References
Akçura Y. Türkçülüyün tarixi. Bakı, 2010
Babayev A. Birinci Türkoloji Qurultay və Azərbaycanda türkologiya. Bakı, 2016. s.82-83
Xəlilov B. Birinci Beynəlxalq Türkoloji Qurultay. Bakı, 1999
Hacıyev T. Birinci Türkoloji Qurultayda dil məsələləri /.“Bakı Universiteti Xəbərləri” elmi jurnalı. Bakı, 2006, № 2, s. 18-26.
Hacıyev T. I Türkoloji Qurultayda Bəkir Çobanzadənin fəaliyyəti. BDU-da görkəmli dilçi alim, ədib professor Bəkir Çobanzadənin anadan olmasının 120 illik yubileyinə həsr olunmuş “Bəkir Çobanzadə və türkologiyanın müasir problemləri” mövzusunda Respublika elmi konfransının materialları. 31 may 2013
Həbibbəyli İ. Birinci Türkoloji Qurultayın dərsləri və müasir çağırışlar. “Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” beynəlxalq konfransın materialları, I hissə, Bakı, 2016. S. 7-12.
İbrahimov E. Birinci Türkoloji Qurultayda ortaq əlifba, imla və ədəbi dil məsələləri. Qarabağ Universiteti, 2025
Məmmədova E. Birinci Türkoloji Qurultay və dil məsələləri. Elmi iş (humanitar elmlər üzrə aylıq beynəlxalq elmi jurnal) 2019, №10/49 s.31-34