BİRİNCİ TÜRKOLOJİ QURULTAYDA ORTAQ TERMİNOLOJİ SİSTEMİN YARANMA MƏNBƏLƏRİ
Main Article Content
Abstract
XX əsrin əvvəllərində elmin və mədəniyyətin inkişafı ilə bağlı yaranan anlayışların ifadəsi əsas problemlərdən biri kimi diqqəti cəlb edirdi. Türk xalqları arasında iqtisadi, siyasi, diplomatik əlaqələr ilə yanaşı, onlar arasında dil kontaktlarının da genişləndirməsi, dillərinin funksional inkişafında baş verən dəyişikliklər birbaşa onun terminologiyasına təsir edirdi. Ona görə də türk xalqlarının bir-birini başa düşməsi, onlar arasında ortaq elmi dilin formalaşdırılması dövrün tələbi idi. Bu nəzərə alınaraq B.Çobanzadə türk dillərində elmi dilin yaxınlaşması üçün ortaq termin yaradıcılığı prosesində əsas mənbələri müəyyənləşdirmişdir. Ümumtürk bazasından ayrılan türk xalqları, təbii ki, sonrakı dövrlərdə ayrı-ayrı dillərin və mədəniyyətlərin təsiri ilə yeni anlayışları başqa dillərdən almağa məcbur olmuşdur. Ona görə də ortaq terminoloji sistemin inkişafı üçün üç əsas mənbə müəyyənləşdirilmişdir: türk dillərinin hər birinin sırf özünəməxsus terminləri, türk dilləri üçün ortaq olan terminlər və başqa dillərdən alınan terminlər. Bu mənbələr ortaq terminlərin yaranmasında əsas mənbə hesab edilmişdir.
Türkoloji qurultaydan sonra türk dillərində terminologiya ilə bağlı tədqiqatlar müxtəlif aspektlərdən aparılmışdır. Elmlərin diferensiasiyası və inteqrasiyası, informasiya mübadiləsinin sürətlənməsi, reterminləşmə və determinləşmə yeni elmi istiqamətlərdə terminlərin işlənmə xüsusiyyətlərinin dərindən öyrənilməsi tələbatını artırmış, terminologiya sahəsində işlərə xüsusi diqqət verilməsinə səbəb olmuşdur. Yeni terminlərin yaradılması prosesinin ümumişlək sözlərin yaradılmasını üstələməsi, terminlərin ədəbi dilə və danışıq dilinə sürətlə nüfuz etməsi bu nüfuzetmənin xüsusiyyətlərini aydınlaşdırmağı tələb edir.
Article Details
References
Akalın Ş. (2025). 100 yılında 100 soruda Birinci Türkoloji Kurultayı. Ankara, Erkmen Yayımcılık.
Akalın Ş. Birinci Türkoloji Qurultayın 90 illiyində termin məsələlərinin bugünkü vəziyyəti və gələcəyi// Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar (I hissə), 2016, s.13-20
Babayev A.(1996). Azərbaycan dilçiliyi tarixi, Bakı, BDU nəşriyyatı.
Bayramov R. (2014). Bəkir Çobanzadə və terminologiya məsələsi.// Terminologiya məsələləri, №2, Bakı, Elm nəşriyyatı. s.182-188.
Cəfərov N., Hüseynova M., Qəribli A. I Türkoloji Qurultayda termin məsələsi, Ədəbiyyat qəzeti, 18 avqust 2025-ci il.
Çobanzadə B.(2006) Türk dillərinin terminoloji sistemi.// I Bakı Türkoloji Qurultayının stenoqramması. Bakı, “Çinar-Çap” nəşriyyatı, 2006.
Çobanzadə B.(2015) Türk ləhcələrinin yaxın qohumluğu haqqında.// Azərbaycan müntəxəbatı, I c. Bakı, Elm nəşriyyatı.
Gökalp Z. (2010). Türkleşmek, İslamlaşmak, Muasırlaşmak. İstanbul.
Nərimanoğlu K, Ağakişiyev Ə. (2006), 1926-cı il I Bakı Türkoloji Qurultayı stenoqramması. Bakı, “Çinar-Çap” nəşriyyatı, 2006.
Perviy Vsesoyuzniy Tyurkologicheskiy s'ezd, 26 fevralya – 5 marta 1926 g. (Stenograficheskiy otchet), Baku, 1926.