I TÜRKOLOJİ QURULTAY VƏ TÜRK DÜNYASININ ORTAQ ƏLIFBASI MƏSƏLƏSİ

Main Article Content

Mirvari İsmayılova,

Abstract

Məqalədə XX əsrdə Bakıda keçirilən, türk xalqlarının mədəni həyatında dərin izlər buraxan I Türkoloji qurultaydan bəhs edilir. Qurultayın çağırılması məsələsi ilk dəfə 1924-cü ildə Ümumittifaq Elmi Şərqşünaslıq Assosiasiyası - «Всесоюзная Научная Ассосациация Востоковедения» tərəfindən qaldırılır. 100 il keçməsinə baxmayaraq  türk xalqlarının həyatında silinməz izlər buraxan I Türkoloji qurultayın bütün ağrısı  və acısı ilə, dəhşətli represiyalar maşınından keçməsinə rəğmən müasir dövrümüzdə də türk dünyası üçün aktual, mədəni, tarixi hadisə kimi qeyd edilir. I Türkoloji qurultay türkologiya elminin tarixində yeni bir era, yeni bir başlanğıc, böyük dirçəliş, milli oyanış hadisəsi idi. Dünyanın bir çox ölkələrinin tanınmış türkoloqları bu qurultayda türk xalqlarının tarixi, dili, ədəbiyyatı, mədəniyyəti, əlifbası ilə bağlı bu gün də aktual hesab olunan məsələlərlə bağlı elmi məruzələr etmişlər. Qurultayda müzakirə olunan türk dillərinin əlifbası, orfoqrafiya və terminologiyası, yeni əlifbaya keçidin müəyyən olunması qurultayın başlıca məqsədlərindən idi. Bu məsələlər qurultaya böyük coşqu ilə qatılan türk xalqları nümayəndələrinin milli düşüncəsinin, milli varlığının, problemlərinin  harayı idi. Qurultayın keçirilməsi olduqca mürəkkəb bir dövrə təsadüf edirdi. Şərq xalqları arasında mədəni quruculuq işlərinin həyata keçirilməsi üçün onların öz dillərində, daha tez mənimsənilə bilən əlifbaya ehtiyac vardı. Bu əlifba həm də türk xalqlarını birləşdirmək gücünə malik ortaq türk əlifbası rolunu oynamış olurdu. Müasir dövrümüzdə tam bir əsr keçməsinə baxmayaraq bütün türk xalqlarının latın qrafikalı əlifbaya keçməsi hələ də axıra kimi həll olunmamışdır, baxmayaraq artıq ümumi ortaq türk əlifbası qəbul olunmuşdur. Müasir türk dünyasının aktual məsələlərindən biri də ortaq türk dili məsələsidir.  

Article Details

Section
Articles

References

1926-cı il I Bakı Türkoloji qurultayı (Stenoqram materialları, biblioqrafiya və foto-sənədlər). (prof. Kamil Vəli Nərimanoğluoğlu, Əliheydər Ağakişiyev). Bakı, Çinar – Çap, 2006.

В борьбе за новый тюрксий алфавит. Сборник статей. Изд. Научной ассоциации востоковедения при ЦИК СССР. Москва, 1926.

Birinci Türkoloji Qurultay: görünən və görünməyən tərəflər. Elmi sessiyanın materialları. Bakı. 10 iyun 2016-cı il.

Абытов Б. Первый курултай тюркологов – курултай репрессированных и расстрелянных. 2025

İsmayılova M.Türk dilləri dialektlərində inteqrasiya və diferensiasiya məsələləri. Ankara, 2022, 297 səh.

Бодуен де Куртене. Несколько слов по поводу. «Общеславянской азбуке». СПБ, 1871.

Qurbanov A. Ümumi dilçilik. I cild. Bakı, Nurlan, 2004.

İsmayılova M. Azərbaycan dili və nitq mədəniyyəti. Dərslik. I cild, Bakı, 2016.

Zeynalov F. R. Türkologiyanın əsasları. Bakı: Maarif, 1981, s. 258.

Axundov A. Azərbaycan dilinin fonemlər sistemi. Bakı, 1973.