BİRİNCİ TÜRKOLOJİ QURULTAYDA ORTAQ ƏLİFBA PROBLEMİ

Main Article Content

Elçin İBRAHİMOV

Abstract

cı ilin fevral ayında Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay yalnız türkologiya elminin inkişafı baxımından deyil, eyni zamanda türk xalqları arasında dil və mədəni münasibətlərin gələcəyini müəyyənləşdirən tarixi bir dönüş nöqtəsi olmuşdur. Qurultayın ən mühüm müzakirə mövzularından biri ortaq əlifba məsələsi idi. Bu kontekstdə iki əsas yanaşma ön plana çıxırdı: ərəb əlifbasının müəyyən islahatlar aparılmaqla qorunub saxlanılması və ya latın əlifbasına keçidin təmin edilməsi.


Latın əlifbasını müdafiə edənlər bu yazı sisteminin öyrənilmə baxımından sadəliyini, savadlılığın kütləviləşdirilməsinə verəcəyi töhfəni, Türk dünyasında ortaq yazı və ünsiyyət imkanları yaratmasını, eləcə də müasir elm və texnologiya ilə inteqrasiya baxımından təqdim etdiyi üstünlükləri əsas arqumentlər kimi irəli sürürdülər. Buna qarşılıq, ərəb əlifbasının tərəfdarları onun İslam mədəniyyəti ilə tarixi bağlılığını, klassik ədəbi irsin qorunmasındakı rolunu və köklü dəyişikliklərin yarada biləcəyi sosial-psixoloji çətinlikləri vurğulayırdılar.


Bu tədqiqatda Birinci Türkoloji Qurultayda ortaq əlifba məsələsi ilə bağlı irəli sürülmüş baxışlar, tərəfdar və əleyhdar mövqelərin arqumentləri, qəbul edilmiş qərarların mahiyyəti və bu qərarların türk xalqlarının sonrakı dil siyasətlərinə təsiri ətraflı şəkildə təhlil olunur. Eyni zamanda, dövrün siyasi-ideoloji şəraitinin elmi müzakirələrə necə sirayət etdiyi və ortaq əlifba ideyasının türk xalqlarının mədəni inteqrasiyasındakı yeri qiymətləndirilir.

Article Details

Section
Articles

References

Xocayev, X.S. (1929). Yeni əlifba yollarında əski xatirə və duyğularım. Bakı.

İbrahimov, E. (2014). 1926-cı ildə Bakıda keçirilən Türkoloji Qurultayda türkdilli xalqlar üçün ədəbi dil və ortaq türk dili məsələsi. Tədqiqlər, (2), 26-41.

İbrahimov, E. (2014). Birinci Türkoloji Kurultayda Türkler İçin Edebi Dil ve Ortak Alfabe Meselesi. 14. Uluslararası Dil, Yazın ve Deyişbilim Sempozyumu, İzmir, Türkiye.

İbrahimov, E. (2015). 1926-cı ildə Bakıda keçirilən Türkoloji Qurultayda Türkdilli xalqlar üçün ədəbi dil məsələsi. In Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” VI Beynəlxalq elmi konfrans. Bakı Slavyan Universiteti.

İbrahimov, E. (2016). Birinci Türkoloji Qurultayda türkdilli xalqlar üçün ədəbi dil məsələsi. In Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri XV beynəlxalq elmi-praktiki konfransın materialları, 5-8.

İbrahimov, E. (2016). Türk dünyasında ortak konuşma dili oluşturulmasında alfabe və imla sorunları. Gazi Türkiyat, Bahar 2016 (18), 213-220.

İbrahimov, E. (2017). Birinci Türkoloji Kurultayda Kırgız Türkolog Kasım Tınıstanov. In II. Uluslararası Sosyal Bilimler Lisansüstü Öğrenci Kongresi. Bişkek, 25.

İbrahimov, E. (2020). Bağımsız Türk Cumhuriyetlerinde Dil Politikası (Azerbaycan Örneği). Türk Dünyası Dil ve Edebiyat Dergisi, 50, 99-116.

Nerimanoglu, K. V., & Öner, M. (çev.). (2008). 1926 – Bakü Türkoloji Kurultayı: Tutanaklar (26 Şubat – 6 Mart 1926). Ankara: Türk Dil Kurumu Yayınları.

Nərimanoğlu, K.V., & Ağakişiyev, Ə. (2006). 1926-cı il I Bakı Türkoloji Qurultayı. Bakı: Çinar-Çap.

Öner, M. (1999). I. Bakû Türkoloji Kongresi’nde İdil-Ural Türkleri. İçinde 1926 Bakû Türkoloji Kongresinin 70. yıl dönümü toplantısı (29-30 Kasım 1996) (13-25). Ankara: TDK Yayınları.

Türkoloji qurultayını çağıran təşkilat komissiyası plenumunun iclası [Ərəb qrafikasında]. (1926). Kommunist, № 4.

Yeni yol qəzeti. 1922, № 1.

Yeni Yol qəzeti. 1923, № 37.

Yeni yol qəzeti. 1924, № 35.

Первый Всесоюзный Тюркологический съезд. 26 февраля – 5 марта 1926 г. Стенографический отчет. (1926). Баку