BİRİNCİ BAKI TÜRKOLOJİ QURULTAYINDA ƏLİFBA MƏSƏLƏSİ
Main Article Content
Abstract
Birinci Bakı Türkoloji Qurultayı (1926) türk dünyası üçün mühüm elmi və mədəni hadisə olmuş, burada əlifba məsələsi geniş müzakirə obyektinə çevrilmişdir. Qurultayda latın və ərəb qrafikası tərəfdarları arasında ciddi fikir ayrılıqları yaranmış, lakin ümumi fikir ondan ibarət olmuşdur ki, yeni əlifba türk dillərinin fonetik quruluşuna uyğun və savadlanma prosesini asanlaşdıracaq şəkildə olmalıdır. Çıxışlarda ərəb əlifbasının çətinliyi və uyğun olmaması, latın əlifbasının isə sadəliyi və fonetik uyğunluğu ön plana çəkilmişdir. Alimlər arasında fonetik və etimoloji prinsiplərin birgə tətbiqinin daha məqsədəuyğun olduğu qənaəti formalaşmışdır. Həmçinin türk dillərindəki ahəng qanunu, sait bolluğu və alınma sözlərin yazılışı məsələlərinə də toxunulmuşdur. Qurultayda irəli sürülən fikir və təkliflər türk dünyası üçün vahid yazı sisteminin elmi əsaslarını qoymuşdur. Məruzələrdən və çıxışlardan əldə edilən nəticələr bu sahədə sonrakı dövr tədqiqatları üçün zəngin mənbə rolunu oynamışdır. Ümumilikdə, bu Qurultay türk dillərinin yazı mədəniyyətində dönüş nöqtəsi hesab olunur.
Article Details
References
1926-cı il I Bakı Türkoloji Qurultayının stenoqram materialları, biblioqrafiya və foto-sənədlər. Tərtib edənlər: Nərimanoğlu K.V., Ağakişiyev Ə. Bakı, “Çinar-çap”, 2006.
Babayev A. 1998) Bəkir Çobanzadənin yeni Azərbaycan əlifbası və orfoqrafiyası uğrunda mübarizəsi, Bakı.
Birinci Türkoloji Qurultayının Stenoqram hesabatı, (1926) 26 fevral-5 mart.
Cəfərov N., Hüseynova M., Qəribli A. Birinci Türkoloji Qurultayda etnoqrafiya məsələləri. https://edebiyyatqazeti.az/news/sience/13215-birinci-turkoloji-qurultayda-etnoqrafiya-meseleleri
Eyvazov P. I (2016) Bakı Türkoloji Qurultayında Bəkir Çobanzadə türk dillərinin leksik quruluşu haqqında. Müasir Türkologiya: Dünən, bugün və sabah. Respublika elmi konfransının materialları, Bakı, “Elm və təhsil”,.
Fərəh A. (2006) Birinci Türkoloji Qurultay haqqında düşüncələr, Ədəbiyyat qəzeti, Bakı.
Hacıyev T. (2012) Azərbaycan ədəbi dili tarixi II hissə, Bakı, Elm, 389 s.
Hacıyev T. (2006) Birinci Türkoloji Qurultayda dil məsələləri / BDU-nun “Bakı Universiteti Xəbərləri” elmi jurnalı. Bakı, № 2, s. 18-26.
Həbibbəyli İ. (2016) Birinci Türkoloji Qurultayın dərsləri və müasir çağırışlar. “Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” beynəlxalq konfransın materialları, I hissə, Bakı, S. 7-12.
İbrahimov E. (2017) Türk xalqlarının ortaq əlifba, imla və ünsiyyət dili, Bakı:Mütərcim.
Məmmədova E. Birinci türkoloji qurultay və dil məsələləri. Elmi iş. Humanitar elmlər üzrə aylıq beynəlxalq elmi jurnal. №10, 2019/49
Tahirov İ. (2016) I Türkoloji Qurultay və müqayisəli dilçilik məsələləri. “Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” beynəlxalq konfransın materialları, I hissə, Bakı, S. 72-75