BİRİNCİ TÜRKOLOJİ QURULTAY VƏ TERMİNOLOGİYA MƏSƏLƏSİ

Main Article Content

Könül Həsənova

Abstract

Birinci Türkoloji Qurultay 1926-cı ildə Azərbaycan filoloqu H.Zeynallının elmi terminologiyanın yaradılması ilə bağlı məruzəsi ilə başladı. H.Zeynallı türk xalqlarında terminologiyanın olmamasından, tərcümədəki uyğunsuzluqlardan şikayət etdi və terminlərin ümumi prinsiplər əsasında hazırlanmasının vacibliyini vurğuladı. O, türk sözlərinin geniş istifadəsi və əcnəbi terminlərin türk ləhcələrinə uyğunlaşdırılmasını təklif etdi. Qurultayda Odabaş, Baytursun, Suleyev və Manatov kimi digər nümayəndələr də terminologiya mövzusunda çıxış etdilər. Baytursun mədəniyyətlərarası söz alınmalarını və ədəbi dilin əsaslarını izah etdi. Suleyev və Zifeldin ərəb və fars sözlərinin çoxluğunu tənqid edərək, onların dilimizdən azaldılmasını tələb etdilər. Manatov isə dialekt və şivələrin terminologiyaya təsirini müdafiə etdi. Qurultay sonunda terminologiya məsələlərinin tədqiqi və inkişafı üçün xüsusi komissiya yaradıldı. Sonrakı dövrlərdə türk dillərində termin yaradıcılığı və dilə yeni sözlərin daxil olması müxtəlif mərhələlərdə davam etdi. Bu proseslərdə Qurultayın müəyyən etdiyi metod və prinsiplər geniş şəkildə tətbiq olundu.

Article Details

Section
Articles

References

1926-cı il I Bakı Türkoloji Qurultayının stenoqram materialları, biblioqrafiya və foto-sənədlər. Tərtib edənlər: Nərimanoğlu K.V., Ağakişiyev Ə. Bakı, “Çinar-çap”, 2006.

Babayev A. 1998) Bəkir Çobanzadənin yeni Azərbaycan əlifbası və orfoqrafiyası uğrunda mübarizəsi, Bakı.

Birinci Türkoloji Qurultayının Stenoqram hesabatı, (1926) 26 fevral-5 mart.

Cəfərov N., Hüseynova M., Qəribli A. Birinci Türkoloji Qurultayda etnoqrafiya məsələləri. https://edebiyyatqazeti.az/news/sience/13215-birinci-turkoloji-qurultayda-etnoqrafiya-meseleleri

Eyvazov P. I (2016) Bakı Türkoloji Qurultayında Bəkir Çobanzadə türk dillərinin leksik quruluşu haqqında. Müasir Türkologiya: Dünən, bugün və sabah. Respublika elmi konfransının materialları, Bakı, “Elm və təhsil”,.

Fərəh A. (2006) Birinci Türkoloji Qurultay haqqında düşüncələr, Ədəbiyyat qəzeti, Bakı.

Hacıyev T. (2012) Azərbaycan ədəbi dili tarixi II hissə, Bakı, Elm, 389 s.

Hacıyev T. (2006) Birinci Türkoloji Qurultayda dil məsələləri / BDU-nun “Bakı Universiteti Xəbərləri” elmi jurnalı. Bakı, № 2, s. 18-26.

Həbibbəyli İ. (2016) Birinci Türkoloji Qurultayın dərsləri və müasir çağırışlar. “Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” beynəlxalq konfransın materialları, I hissə, Bakı, S. 7-12.

İbrahimov E. (2017) Türk xalqlarının ortaq əlifba, imla və ünsiyyət dili, Bakı:Mütərcim.

Məmmədova E. Birinci türkoloji qurultay və dil məsələləri. Elmi iş. Humanitar elmlər üzrə aylıq beynəlxalq elmi jurnal. №10, 2019/49

Tahirov İ. (2016) I Türkoloji Qurultay və müqayisəli dilçilik məsələləri. “Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” beynəlxalq konfransın materialları, I hissə, Bakı, S. 72-75