I Türkoloji Qurultay və türk dillərindəki ləhcə problemi

Main Article Content

Könül Səmədova

Abstract

XX əsrin əvvəlləri türkoloji elmin inkişafında mühüm mərhələlərdən biri kimi qiymətləndirilir. Bu dövrdə türk xalqlarının dili, tarixi və mədəniyyəti ilə bağlı aparılan araşdırmalar yalnız elmi çevrələrdə deyil, həm də milli özünüdərkin formalaşması baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Türk dillərinin tədqiqinə dair ilk fundamental yanaşmaların formalaşdığı, müqayisəli-tarixi metodun sistemləşdiyi məhz bu illərdə keçirilən beynəlxalq elmi toplantılar sırasında I Türkoloji Qurultay mühüm yer tutur. Qurultay müxtəlif türk xalqlarının nümayəndələrini, görkəmli dilçi alimləri və maarifçiləri bir araya gətirərək türk dillərinin ləhcə müxtəlifliyi, ortaq xüsusiyyətləri və tarixi inkişaf istiqamətləri kimi aktual məsələləri müzakirə müstəvisinə çıxarmışdır.

Article Details

Section
Articles

References

1926-cı il I Bakı Türkoloji Qurultayının stenoqram materialları, biblioqrafiya və foto-sənədlər. Tərtib edənlər: Nərimanoğlu K.V., Ağakişiyev Ə. Bakı, “Çinar-çap”, 2006.

Babayev A. (1998) Bəkir Çobanzadənin yeni Azərbaycan əlifbası və orfoqrafiyası uğrunda mübarizəsi, Bakı.

Birinci Türkoloji Qurultayının Stenoqram hesabatı, (1926) 26 fevral-5 mart.

Bünyadov Z. (1993) Qırmızı terror, Bakı.

Cəfərov N., Hüseynova M., Qəribli A. Birinci Türkoloji Qurultayda etnoqrafiya məsələləri. https://edebiyyatqazeti.az/news/sience/13215-birinci-turkoloji-qurultayda-etnoqrafiya-meseleleri

Eyvazov P. I (2016) Bakı Türkoloji Qurultayında Bəkir Çobanzadə türk dillərinin leksik quruluşu haqqında. Müasir Türkologiya: Dünən, bugün və sabah. Respublika elmi konfransının materialları, Bakı, “Elm və təhsil”,.

Fərəh A. (2006) Birinci Türkoloji Qurultay haqqında düşüncələr, Ədəbiyyat qəzeti, Bakı.

Hacıyev T. (2012) Azərbaycan ədəbi dili tarixi II hissə, Bakı, Elm, 389 s.

Hacıyev T. (2006) Birinci Türkoloji Qurultayda dil məsələləri / BDU-nun “Bakı Universiteti Xəbərləri” elmi jurnalı. Bakı, № 2, s. 18-26.

Həbibbəyli İ. (2016) Birinci Türkoloji Qurultayın dərsləri və müasir çağırışlar. “Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” beynəlxalq konfransın materialları, I hissə, Bakı, S. 7-12.

İbrahimov E. (2017) Türk xalqlarının ortaq əlifba, imla və ünsiyyət dili, Bakı:Mütərcim.

Məmmədova E. Birinci türkoloji qurultay və dil məsələləri. Elmi iş. Humanitar elmlər üzrə aylıq beynəlxalq elmi jurnal. №10, 2019/49

Tahirov İ. (2016) I Türkoloji Qurultay və müqayisəli dilçilik məsələləri. “Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” beynəlxalq konfransın materialları, I hissə, Bakı, S. 72-75