I BAKI TÜRKOLOJİ QURULTAYI VƏ DÜŞÜNCƏ MƏDƏNİYYƏTİ
Main Article Content
Abstract
Birinci Türkoloji Qurultay bütün türk xalqlarının həyatında və taleyində əlamətdar hadisə kimi uzun illərdir yaddaşlarda qılıb. Türklər üçün ümumi ədəbi dil yaratmağın özü böyük elm, mədəniyyət və təhsil hadisəsidir. Düşüncə mədəniyyəti insanlığa vacib olan bu kimi keyfiyyətlərin (əlifba yaratmaq, ümumi ədəbi dili formalaşdırmaq və s.) başlıca göstəricilərdəndir.
Bildiridə qurultayda bu və ya digər istiqamətdə məruzə edənlərlə sonrakı dövrlərdə həmin məsələlərə münasibət bildirənlərin düşüncəsi fonunda mədəniyyət faktoru çözülür. Qeyd olunur ki, qurultayın qərar və qətnamələri bu gün bir mədəniyyət mirasdır, bu, gələcək nəsillərə ötürülən strukturlaşmış inteqrasiyadır. Bu miras keçmişdə görülən işlərə, türkün xeyri üçün atılan faydalı addımlara, bu haqda yayılan əsərlərə düşüncənin məhsulu kimi yanaşır və ona yanaşan başqa düşüncəni onunla bölüşür, müqayisə edir. Bu mövzuda düşüncə mədəniyyəti bir mühün konsepsiyadır. Həmin düşüncə geniş anlayış olub Türkoloji qurultay kimi möhtəşəm varlığın və hadisənin dərk olunmasınının bütün formalarını özündə cəmləşdirən mexanizm kimi öz təzahürünü (ifadəsini) dildə tapır.
Düşüncədə sözügedən qurultayın keçirilməsinin əsas məqsədi Moskvanın düşmənçilik niyyətini_ (nümayəndələr xəbərsiz idi!) türklərin bir-biri ilə ünsiyyətini kəsmək, onların öz qədim, dolğun tarixilərindən ayırmaq, məlumatsızlaşdırmaq, öz tarixi əlifbaları və ədəbi dilindən istifadə etməyin qarşısını almaq istəyi olmuşdur. Ona görə ki, əlifba yaratmaq mədəniyyət faktıdır və ədəbi dilin mövcud olması deməkdir.
Bildiridə o da göstərilir ki, cəmiyyətin düşüncə mədəniyyəti onun ana dilinə (türk xalqlarının dili, tarixi, etnoqrafiyası, əlifba və orfoqrafiyası, yazı, imla və s. məsələlər, ədəbi dilinə, terminologiyasına, ədəbi dillərin inkişaf istiqamətləri, qohum dillər və s.) olan münasibəti ilə təyin olunur, ana dilinin səviyyəsi və durumu isə millətin (sosiumun) inkişaf səviyyəsini müəyyənləşdirir.
Article Details
References
Axundov A. Dil və ədəbiyyat. (iki cilddə) II cild, Bakı, 2003
Bjulleten org. komissija po sozyvu I vsesojuznogo tjurkologicheskogo s`ezda. Baku, 1926
Cəfərov N.Q. Azərbaycanşünaslığa giriş. Bakı, 2002
Chobanzade B. Tjurkologicheskij s`ezd. Rezjume doklada chitannogo na zasedanij tjurkologicheskom sekcii ob-va. 20/h -1926 v sbornike izvestija obshhestva obsledovanija i izuchenija. Baku, ASSR, 1926, №1
Hacıyev T. Türklər üçün ortaq ünsiyyət dili. Bakı, “Təhsil” , 2013
Hüseynov A. Diqqəti artıraq- Birinci Beynəlxalq Türkoloji Qurultayın 75-ci ildönümünə həsr olunmuş elmi konfransın materialları( 6-7 nart 2001-ci il), Bakı, 2001
Kamil Vəli Nərimanoğlu, Əliheydər Ağakişiyev. 1926-cı il I Türkoloji Qurultay. Stenoqram materialları.”Çinar-Çap”.
Kazımov İ. Milli kimlik və dil məsələləri-Filologiya məsələləri. Bakı, 2006
Qacarlı C. I Türkoloji qurultyada dil məsələləri. Filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş avtoreferat. Bakı, 2007
Məlikli T. Первый тюркологический съезд и проблемы развития литературного языка у тюрков – Türkbilimi (Türkoloji) yazılarımdan seçmələr. Bakı, 2023
Məmmədli N. Azərbaycan dilində işgüzar və akademik kommunikasya. Dərslik. Bakı, “Elm və təhsil”, 2021
Pervyj Vsesojuznyj Tjurkologicheskij sezd. 26 fevralja -5 marta 1926 g. (Stenograficheskij otchet.Baku-FSSR 1926
Türk Dünyası El kitabı.( 2-ci cilt.Edebiyyat) Ankara, 1992
Türk Dünyası El kitabı.( 3-cü cilt.Edebiyyat) Ankara, 1992
“Yeni yol” qəzeti, 1924, 26 oktyabr №39