Prof.dr.MƏHƏRRƏM МƏMMƏDLİ Bakı Dövlət Universiteti
Main Article Content
Abstract
Məqalədə 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurul tayda müzakirə olunan türk dillərinin bir- biri və qədim dillərlə qohumləri əlaqələri ilə bağlı məruzələr təhlil olunur və müasir tədqiqatlarla əlaqələndirilir.Qurultayda ta nınmış türkoloqlar A.Qenko, N.Poppe və B.Çobanzadənin məruzələri türk dillərinin bir-biri və monqol, tunqus-mancur, fin-uqor, yafəs dilləri ilə qohumluq əlaqələrinə həsr olunmuşdur.
Professor Bəkir Çobanzadənin “Türk ləhcələrinin yaxın qohumluğu haqqın da” məruzəsində türk dillərinin tarixindən bəhs olunur, “türk ləhcələri Orxon yazıla rından əvvəldə mövcud idi” fikri əsasında onların geneoloji qohumluğu əsaslan dırılmışdır. Sonrakı dövrlərdə türk dillərinin tarixinə dair araşdırmaların genişlənmə si, mənbələrin çoxalması, Çin mənbələrində hun dilinə aid nümunələrin aşkara çıxa rılması tədqiqatçılarda B.Çobanzadənin fikrinə inamı daha da qüvvətləndirmişdir. Orxon-Yenisey abidələrinin mükəmməl dil quruluşu, həmin dövrdə ədəbi dil funksi yası yerinə yetirməsi, tayfa dilləri elementlərinin müxtəlifliyi və funksionallığı türk dillərinin tarixinin qədimliyini şərtləndirir.
Altayşünas alim N.Poppenin “Altay dillərinin qarşılıqlı qohumluğu haqqında məsələnin müasir mövqeyi və tarixi” adı məruzəsində Ural-Altay nəzəriyyəsinin yaranması, tarixi inkişafı və XX yüzilliyin əvvəllərindəki tədqiq səviyyəsi və prob lemin inkişaf istiqamətləri müəyyənləşdirilmişdir. “Ural-Altay” və “Altay dilləri” nəzəriyyələrinə çoxlarının şübhə ilə yanaşdığı və ya fərziyyə hesab etdikləri bir dövr də bu problemin qurultayın gündəliyinə salınması, altayşünas alim N.Poppenin bu mövzuda ətraflı məruzə etməsi və buna dair qətnamənin qəbul olunması tədqiqat çılarda Altay dillərinin qohumluğuna inamı artırmış, problemin yeni metodlarla təd qiqinə təkan vermişdir.
Article Details
References
-