A.N.SAMOYLOVİÇ VƏ I TÜRKOLOJİ QURULTAY

Main Article Content

Gülnarə Fəxrəddin qızı Əliyeva

Abstract

1926-cı ilin 26 fevral - 6 martında Bakıda I Ümumittifaq Türkoloji Qurultayın keçirilməsi türk dünyasının inkişafında baş vermiş mühüm mədəniy hadisə kimi türk xalqlarının tarixində silinməz iz buraxmışdır. Qurultay türk xalqlarının dili, əlifbası, tarixi, etnoqrafiyası, mədəniyyəti və ədəbiyyatı istiqamətində taleyüklü məsələlərin həllində mühüm əhəmiyyət kəsb etmiş və türk dünyası üçün bir sıra əhəmiyyətli qərarlar qəbul edilmişdir. I Türkoloji Qurultayın 131 iştirakçısından biri də dünya şöhrətli türkoloq alim, türk xalqlarının və dillərinin görkəmli tədqiqatçısı akademik Aleksandr Nikolayeviç Samoyloviç (1880-1938) olmuşdur. O, I Türkoloji Qurultayın 28 fevral 1926-cı il tarixli V iclasında Cəlaləddin Qorxmazovun sərdrliyi ilə “Türk dillərinin öyrənilməsinin müasir vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda məruzə etmişdir. Qurultayın  aktual problemlərindən biri də müasir türk dillərinin öyrənilməsi məsələsi idi. Görkəmli tədqiqatçının yaradıcılığında türkmən və özbək dili, ədəbiyyatı, folkloru xüsusi yer tutsa da, qurultaydakı məruzəsində şimal-şərqdə yerləşən yakut xalqının dilindən tutmuş, Yenisey çayı hövzəsində, Sibirdə, Mərkəzi Asiyada, Şimali Qafqazda yaşayan bütün türk xalqları, onların dilləri, dillərin mövcud vəziyyətləri, tədqiqat istiqamətləri nəzəri cəhətdən şərh edilmiş, bu istiqamətdə tədqiqat aparan alimlərin fəaliyyəti də unudulmamışdır. Samoyloviçin vaxtilə haqqında məruzə etdiyi dillərin bəzisi bu gün ölü dil və ya yox olma təhlükəsi daşıyan türk dilləri sırasındadır (soyot dili, karaqas dili və s.). Nəzərə çatdırmaq istədiyimiz məqam odur ki, tədqiqatçı məruzəsində bütün türk dillərini əhatə edə bilmiş, türk xalqlarının yayılma coğrafiyası, onların dilləri, dialektləri, öyrənilmə vəziyyəti haqqında bəhs etmişdir. Azərbaycan türklərinin yerləşmə arealı, Azərbaycan dili və onun dialekt xüsusiyyətlərinin tədqiqi məsələləri də Samoyloviçin məruzəsində öz əksini tapmışdır. Bütövlükdə tədqiqatçının araşdırmaları türkologiyanın inkişafına mühüm təsir göstərmişdir.

Article Details

Section
Articles

References

Аşnin, F.D., Alpatov, V.M., Nasilov, D.М. (2002). Repressirovannaya tyurkologiya. Moskvа: 296 с.

Aşnin F.D., Alpatov V.М. (1996). Arxivnıe dokumentı o gibeli akademika A.N.Samoyloviça // Vostok. Моskva: – № 5. s. 153–162.

Аşnin F.D. (1978). Aleksandr Nikolaeviç Samoyloviç 1880-1938 // Tyurkologiçeskiy sbornik. Моskva: «Nauka», s. 8-27.

Babayev, A. (2006). Türksoyun birlik səsi. Bakı: Təhsil, 364 s.

Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı şəhəri, 22 oktyabr 2025-ci il.

Blaqova Q. F. (2012). İstoriya tyurkologii v Rossii: История тюркологии в России: (vtoraya polovina XIX - naçalо XX v.). Мoskvа: Vostoçnaya Literatura, 310 s.

1926-cı il I Türkoloji Qurultayı. (2006). (Rus dilindən tərcümə, ön söz və şərhlərin müəllifləri Nərimanoğlu K.V., Ağakişiyev Ə.). Bakı: Çinar-Çap nəşriyyatı, 570 s.

Karaca, S. (2024). Aleksandr N. Samoyloviç: Bir literatür değerlendirmesi // Türk Dünyası Dil ve Edebiyat Dergisi, Ankara:/ 57, s. 163-182.

Kononov A.N. (1973). Samoyloviç A.N. – grammatist // Sovetskaya tyurkologiya, – Baku: № 5, s. 37-48.

Pervıy vsesoyuznıy tyurkologiçeskiy syezd. 26 fevralya - 5 marta 1926 g. (1926). Stenografiçeskiy otçet. Baku, ASSR, 429 s.

Qasımov, C. (2019). Birinci Türkoloji Qurultay: şahidlər və şəhidlər. Bakı: “Gənclik” nəşriyyatı, 748 s.

Samoyloviç, A.N. (1923). Türkoloji qurultay lazımdır: Birinci Türkoloji qurultay ərəfəsində ədəbiyyat dilinin, əlifbanın, imlanın islahı haqqında // Maarif və mədəniyyət. –№ 10, s. 19-20. (Ərəb qrafikasında)

Samoyloviç A.N. (1922). Nekotorie dopolneniya k klassifikatsii turetskix yazıkov. Petroqrad: Rossiyskaya gosudarstvennaya akademiçeskaya tipografiya, s. 3-15.